Azərbaycan, Rusiya və Ermənistanın liderlərinin imzaladıqları üçtərəfli bəyanatından irəli gələn razılaşmaların həyata keçirilməsinə baxdıqda yaxşı perspektivlər açılır.

Bunu Azərbaycan-Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası dövlət komissiyasının 20-ci iclasında çıxış edərkən Baş nazirin müavini Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, iqtisadi və nəqliyyat əlaqələrinin açılması, yeni infrastruktur marşrutlarının yaradılması, ümumiyyətlə, bunlar regionun bütün dövlətlərinin maraqlarına cavab verir.

.