““Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin parlamentdə aktiv müzakirəsinə, deputatların təkliflərinə görə təşəkkür edirəm”.

Bunu bu gün Milli Məclisin iclasında büdcə zərfinin qəbulu ilə bağlı çıxışında Baş nazir Əli Əsədov bildirib.

Ə. Əsədov deyib ki, millət vəkillərinin sualları hökumət üzvləri tərəfindən cavablandırılıb. Baş nazir nəzərə çatdırıb ki, gələn ilin dövlət büdcəsi müstəqil Azərbaycanın ən böyük büdcəsidir: “Hamımız fəxr hissi keçiririk ki, işğal altındakı torpaqlarımız Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz tərəfindən azad edilib. İşğaldan azad edilmiş torpaqlarla bağlı məsələlər büdcədə prioritet istiqamət kimi nəzərə alınıb. Tarixi çağırışlar nəzərə alınaraq, Prezident tərəfindən 2030-cu illə bağlı prioritetlər barədə sərəncam imzalayıb, hökumətə sosial-iqtisadi inkişaf strategiyanın hazırlanması ilə bağlı tapşırıq verilib. Strategiya layihəsi hazırlanıb və təsdiq üçün Prezidentə təqdim edilib”.

.