“2020-ci il Azərbaycanın şanlı dövlətçilik tarixində Prezident İlham Əliyevin rəhbərliyi altında işğal altında olan torpaqlarımızın azad edilməsi, suverenliyin bərpası ilə əlamətdar olub”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, dərin islahatlar nəticəsində yaradılmış potensial şanlı ordumuzun düşmən üzərində qələbəsini şərtləndirib: “Bir daha qələbə münasibətilə Prezidentimizi, xalqımızı və sizləri təbik edirəm”. 

Baş nazir: “Ötən il dövlətin bütün imkan və resursları pandemiya ilə mübarizəyə yönəlib”

“Hesabat ili ərzində hökumət üzvləri ilə Milli Məclis üzvləri arasında təmaslar daha da dərinləşdirilib”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, hesabat ilində strateji layihələrin icrası sahəsində aparılan məqsədyönlü işlər davam etdirilib: “Ötən ilin son günlərində TAP-ın istismara verilməsi tarixdə ilk dəfə olaraq Azərbaycan qazının Avropaya çatdırılmasını başladıb. Cənub Qaz Dəhlizi Avropa ölkələri ilə yeni əməkdaşlığın təməlini qoyur. Dünya Bankının “Doing business” hesabatında Azərbaycan yüksək yerdədir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarında da ölkəmiz bir sıra mövqelərdə qabaqcıl yerdədir. Neft Fondunun da uğurları haqqında hesabatda məlumatlar var. Ötən il dünyanı bürümüş pandemiya ilə mübarizə və onun mənfi nəticələrinin qarşısını almaq üçün davamlı tədbirlər görülüb. Dövlətin bütün imkan və resursları xəstəliklə mübarizəyə yönəldilib. Ölkədə maska və dərman qıtlığının aradan qaldırılması, laboratoriyaların sayının artırılması istiqamətində tədbirlər görülüb”.
 

.