Rusiya-Ukrayna münaqişəsinin həlli yalnız dialoq və diplomatiya yolu ilə mümkündür və Hindistan sülhə nail olmaq üçün istənilən səyləri dəstəkləməyə hazırdır.
Yenizaman “Reuters”ə istinadən xəbər verir ki, bunu Hindistanın baş naziri Narendra Modi Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar zamanı bildirib.
“Həll yolu yalnız dialoq və diplomatiya yolu ilə tapıla bilər və biz vaxt itirmədən bu istiqamətdə hərəkət etməliyik. Sizi əmin etmək istəyirəm ki, Hindistan sülhə nail olmaq üçün hər cür səydə fəal rol oynamağa hazırdır”, – o qeyd edib.
.