
Gürcüstan 4 oktyabr seçkilərinə müşahidə missiyasını dəvət edib.
Hökumət 4 oktyabrda keçiriləcək yerli özünüidarəetmə seçkilərinə ATƏT/DTİHB (ODIHR) müşahidə missiyasını dəvət edib.
Baş nazir İrakli Kobaxidze brifinqdə bildirib ki, hökumət artıq təşkilata rəsmi məktub göndərib:
"Bütün təzyiq və hücumlara baxmayaraq, ümid edirik ki, ATƏT/DTİHB missiyası seçkilərin müşahidəsindən imtina etməyəcək. Gürcüstan hökuməti ənənəvi olaraq onların tam fəaliyyətinə şərait yaratmağa hazırdır".
Kobaxidze həmçinin qeyd edib ki, müxalifətin bir hissəsi - "Vahid Milli Hərəkat" və "Akhali" partiyaları seçkiləri boykot edib, "Lelo" və "Gürcüstan üçün" isə 64 dairədən 37-də namizəd irəli sürə bilib.
Baş nazirin sözlərinə görə, təşkilata qarşı yönələn beynəlxalq və daxili təzyiqlərə baxmayaraq, hökumət missiyanın ölkəyə dəvət olunması barədə qərar qəbul edib.
.