Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 2-də Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayev ilə görüşüb.

Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Azərbaycan-Qırğızıstan əlaqələrinin inkişafından məmnunluq ifadə edilib, ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
 

.