Riqada "Maxima” ticarət mərkəzində 54 nəfərin ölümü ilə nəticələnən dağıntıdan sonra baş nazir Valdis Dombrovskis istefa verib.
V.Dombrovskis prezident Andris Berzinşemlə müzakirə apardıqdan sonra bu barədə qərarını açıqlayıb.
Baş nazir hadisənin siyası məsuliyyətini üzərinə götürüb. V.Dombrovskis bu barədə keçirəcəyi mətbuat konfransında daha ətraflı danışacağını vurğulayıb.

.