Bolqarıstan bu ölkənin bəzi yataqlarından, o cümlədən Yunanıstandakı interkonnektor və Azərbaycandan nəql olunacaq qazın hesabına qaz qovşağı yaratmaq niyyətindədir."APA-Economics" Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, bunu adıçəkilən ölkənin baş naziri Boyko Borisov Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə görüşündən sonra bildirib.
"Nazir Ştaynmayer yaratmaq istədiyimiz qaz qovşağının xəritəsini özü ilə apardı. Həmkarım reallaşdırmaq istədiyimiz layihələrlə bağlı bizə nəinki Almaniyada, həmçinin Avropada yardım edəcəyinə dair öz üzərinə öhdəlik götürüb", - deyə B. Borisov bildirib..
