"Dünyada heç bir ölkə Türk Dövlətləri Təşkilatının üzvləri qədər Rusiya ilə dost deyil".


Bunu, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amrayev "Anadolu" agentliyinə müsahibəsində deyib.

Bağdad Amrayev Türk Dövlətləri Təşkilatının üzvlərinin Rusiyaya yaxın olduğunu qeyd edib: "Dünyada heç bir ölkə Rusiyaya Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, hətta Türkiyə qədər yaxın və dost deyil. Üstəlik, Rusiya ilə münasibətlərimizin bütün ehtiyacları hazırda qüvvədə olan çoxsaylı ikitərəfli sazişlərlə üst-üstə düşür".

.