NATO İranla münaqişəyə qoşula və kollektiv müdafiə maddəsini tətbiq edə bilər.

Bu bəyanatla NATO-nun Baş katibi Mark Rutte çıxış edib.

Rutte bildirib ki, NATO-ya üzv ölkələr hərbi əməliyyatda birbaşa iştirak etməsələr də, ABŞ-a “əsas dəstək” göstərirlər. Belə ki, Alyans İrana qarşı hərbi əməliyyatları dəstəkləyir, çünki Avropada da İranın “mənfi təsirini” hiss edirlər.

“NATO-nun bir çox ölkəsində, Avropada iranlı mühacirlərə sui-qəsdlər həyata keçirilib. Mənim öz ölkəm Niderland Tehran rejimi tərəfindən daimi təhlükə altındadır”, - Rutte vurğulayıb.

Baş katib kollektiv müdafiə üzrə 5-ci maddənin tətbiqini istisna etməyib. O əlavə edib ki, bunun nə vaxt və necə istifadə olunacağı barədə qeyri-müəyyənliyi qorumaq üçün ciddi səbəblər var.

.