Rusiya Ukraynaya hücum edəndə Ukrayna xalqı ilə siyasi rəhbərliyin gücünü, qətiyyətini və cəsarətini aşağı qiymətləndirdi. Rusiya həm də NATO-nun həmrəyliyi doğru qiymətləndirmədi.

Bu barədə NATO Baş katibi Yens Stoltenberq Vilnüs sammiti çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.

“Biz lazım olduğu müddətcə Ukraynanın yanında olacağıq. Alyans müttəfiqləri dünən Ukrayna ilə bağlı üç elementi özündə ehtiva edən paketi təsdiqlədi. Ukrayna NATO-ya olmadığı qədər yaxındır. Müttəfiqlər razılaşırlar ki, Ukrayna NATO üzvü olacaq. Müttəfiqlər Ukrayna üçün uzunmüddətli təhlükəsizlik dəstəyi verməyə sadiqdir. Bu gün biz bərabər tərəfdaşlar kimi görüşürük, mən bizim müttəfiq kimi görüşəcəyimiz günü səbirsizliklə gözləyirəm”, - o vurğulayıb.

.