Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yaxın zamanda taktiki və xüsusi təlimlər keçirəcək.

Bunu təşkilatın Baş katibi Stanislav Zas Ermənistanda KTMT-yə üzv ölkələrin xarici işlər nazirləri, müdafiə nazirləri və Təhlükəsizlik Şurasının katiblərinin birgə iclasında bildirib.

O qeyd edib ki, təlimlər planına sülhməramlılıq, terrorizmlə mübarizə, böhran və fövqəladə hallara cavab tədbirləri daxildir.

“KTMT arsenalında terrorçuluq və ekstremizmə, qanunsuz miqrasiya və narkotiklərin dövriyyəsinə qarşı effektiv mexanizmlər yaradılıb və onlar təkmilləşdirilir”, - Zas əlavə edib.

.