“Hər bir infeksion xəstəlik zamanı risk qrupları olur, Vaksinasiya Strategiyasında bu risk qrupları müəyyənləşib”. 

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “COVID-19, vaksinasiya və gigiyena” mövzusunda çıxışında deyib. 

O bildirib ki, həmin şəxslərdə yoluxma olduğu halda xəstəliyi ağır keçirirlər və ölüm halları olur: “Buna görə ilk növbədə həmin şəxslərə peyvənd vurulur. Aşağı yaşlarda olan şəxslər də xəstəliyi ağır keçirə bilər. Amma belə hallar az olur. Ona görə ilk olaraq həssas qruplar vaksinasiyadan keçir. Amma təbii ki, digər insanlar da vaksinasiyadan keçəcəklər. Əhalinin üçdə iki hissəsi peyvənd olunarsa, epidemik zəncir qırıla bilər”.

Baş infeksionist: "Vaksin vurdurmazdan əvvəl analiz verməyə ehtiyac yoxdur"

“AstraZeneca peyvəndinin vurulmasından sonra baş verən hallarla bağlı araşdırma aparılır”.

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “COVID-19, vaksinasiya və gigiyena” mövzusunda çıxışında deyib.

O bildirib ki, bunun peyvəndlə bağlı olub-olmaması tam bilinmir: “Ölkələr özünü sığortalamaq üçün peyvəndi dayandırır”.

Onun sözlərinə görə, vaksinlər müxtəlifdir və hər istehsalçı insanı peyvəndin qoruma müddətini fərqli deyir: “Vaksinlərin təsirinin yarım ildən çox olması düşünülür. Amma bununla bağlı da tam məlumat yoxdur”.

İnfeksionist bildirib ki, vaksin vurdurmazdan əvvəl analiz verməyə ehtiyac yoxdur: “Amma hər bir şəxs özü haqqında məlumat almaq üçün analiz verə, özünü yoxlatdıra bilər”.

Təyyar Eyvazov: "Allergiyası olan şəxslərdə peyvənddən sonra mənfi nəticə görünməyib"

“Allergik reaksiyalardan ehtiyat edən insanlar da vaksinasiyadan keçib”. 

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “COVID-19, vaksinasiya və gigiyena” mövzusunda çıxışında deyib. 

O bildirib ki, həmin şəxslərdə peyvənd vurulduqdan sonra mənfi nəticə görünməyib: “Bəzən vaksindən əvvəl allergiya əleyhinə dərman içib sonra vaksin vurdurulması deyilir. Amma bunun elmi əsası yoxdur”.

Baş infeksionist: "Koronavirus keçirən bəzi insanlarda müəyyən fəsadlar qalır"

“Koronavirus keçirən bəzi insanlarda müəyyən fəsadlar qalır”.

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “COVID-19, vaksinasiya və gigiyena” mövzusunda çıxışında deyib. 

O bildirib ki, COVID keçirən bəzi şəxslər iy və dadbilməni itirir: “Elə insanlar var ki, onlarda 1 ay sonra, bəzi insanlarda isə 3-6 ay ərzində iy və dadbilmə bərpa olur. Amma elə şəxslər olur ki, iy və dadbilmə bərpa olunmur. Bu, olduqca acınacaqlı haldır, psixoloji sarsıntıya gətirib çıxarır. İnsan iyləri bilmir, həyat keyfiyyəti azalır. Burada sinir aparatı zədələnir ki, çox az sayda insanda bərpası mümkün olmur və uzun müddət davam edir”.

Həkim bildirib ki, xəstəliyi keçirən bəzi insanlarda uzun müddət halsızlıq, diqqətsizlik, yuxusuzluq, bədən ağrıları, 37.1 temperatur qala bilər: “Buna da zaman lazımdır. Sonra bu hallar keçib gedəcək”.

Təyyar Eyvazov: "Koronavirusa yoluxan və stasionara ehtiyacı olanların sayı artır"

“Koronavirusa yoluxma sayları artır”. 

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “COVID-19, vaksinasiya və gigiyena” mövzusunda çıxışında deyib. 

O bildirib ki, xəstələnənlər içərisində stasionara ehtiyacı olanlar da artır: “Ötən ilin dekabrında gördük ki, orta ağır xəstələrin də evdə müalicəsi olurdu. Tənəffüs çatışmazlığı olmayanlar evdə qalıb ixtisaslı həkimlər tərəfindən müalicə olunurdular. Təbii ki, xəstənin vəziyyət ağırlaşarsa, stasionara ehtiyac yaranar”.

.