Omsk xəstəxanasının reanimasiya şöbəsində müalicə olunan bloger, Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalnının orqanizmində zəhər əlamətləri aşkarlanmayıb.

TASS verdiyi məlumata görə, bu barədə Omsk xəstəxanasının baş həkiminin müavini Anatoli Kaliniçenko bildirib.

Onun sözlərinə görə, həkimlər A. Navalınının zəhərləndiyini düşünmürlər.

“Aparılan tədqiqatlar nəticəsində onun orqanizmində zəhər, yaxud zəhərlənmənin əlamətləri aşkarlanmayıb. Biz hesab etmirik ki, pasiyent zəhərlənmə keçirib”, - deyə Baş həkimin müavini qeyd edib. 
 

.