ABŞ prezidenti Barak Obama bu gün Səudiyyə Ərəbistanına gəlib.
Virtualaz.org AFP-yə istinadən xəbər verir ki, səfərdə məqsəd Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına daxil olan altı ölkənin liderlərinin iştirakı ilə sammitə qatılmaqdır.
Gözlənildiyinə görə, Obama region liderləri ilə terrorizmlə mübarizə, İranla münasibətlər, müxtəlif sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edəcək.
.