ABŞ prezidenti Barak Obama gələcəkdə İranda ölkəsinin diplomatik nümayəndəliyinin bərpa olunacağını istisna etmir.
"Associated Press”in verdiyi xəbərə görə, bu sözləri B. Obama "NPR” telekanalına müsahibəsində deyib.
"Mən heç vaxt "heç vaxt” ifadəsini işlətmirəm. Münasibətlərimiz mərhələli şəkildə bərpa olunmalıdır”, - deyə o vurğulayıb.
Kuba və İranın fərqli ölkələr olduğunu deyən B. Obama qeyd edib ki, Kuba daha kiçik ölkədir və ABŞ-a təhlükə törətmir, İran isə böyük bir ölkədir və terrorizmə dəstək verir, nüvə silahı əldə etməyə çalışır.
.