Banqladeşdə Suqandha çayında bərədə baş verən güclü yanğın nəticəsində azı 38 nəfər ölüb.

Bu barədə Reuters agentliyi xəbər verir.

Yanğın paytaxt Dəkkədən Barquna istiqamətinə üzən bərənin mühərrik bölməsindən başlayıb.

Hadisə nəticəsində 50-dən çox adam xəstəxanaya yerləşdirilib, onlardan bir neçəsinin vəziyyəti ağırdır, bəzi sərnişinlər hələ də itkin düşmüş hesab edilir. Bu səbəbdən ölənlərin sayının artacağı ehtimalı var.

Yanğının baş vermə səbəbləri açıqlanmır.

.