Tailandın paytaxtı Banqkokda güclü zəlzələ nəticəsində tikilməkdə olan 30 mərtəbəli bina uçub.

Bu barədə yerli media məlumat yayıb.


Hadisə nəticəsində ən azı 43 işçi dağıntı altında qalıb.

Axtarış-xilasetmə əməliyyatları davam edir.

Banqkokda güclü zəlzələdən sonra fövqəladə vəziyyət elan edilib.

Qeyd edək ki, Myanmada ard-arda 7,7 bal və 6,4 bal gücündə iki zəlzələ baş verib.

Yeraltı təkanlar Banqladeş, Hindistan, Tailand, Laos və Çində hiss olunub.

.