Bank VTB (Azərbaycan) müştərilərinin sağlamlığını düşünərək onlara ödəniş kartlarının üstünlüklərindən faydalanmağa imkan verir. Belə ki, bank VTB (Azərbaycan)-ınVisa kart istifadəçiləri üçün  tibbi xidmətlər üzrə ödəniş zamanı bir sıra klinikalarda endirim nəzərdə tutulub. Tibbi müəssisələr siyahısına Sağlam Ailə, Müasir Diaqnostika Klinikası və Ultralab daxildir.

Bank VTB (Azərbaycan) Visa kart sahibləri bütün xidmətlər üzrə 7% -lik, eləcə də doğulduqları ay ərzində yaşları qədər endirim əldə edəcək. Bundan başqa, onlar ildə bir dəfə ödənişsiz qan analizi verə bilər. 

Bank VTB (Azərbaycan)-ınVisaPlatinumpremium kartı ilə Sağlam Ailə vəUltralab klinikalarında COVİD-19 testindən pulsuz keçmək mümkündür. Bunun üçün istifadəçilər Konsyerj xidmətinə qoşulmalıdırlar. 

Bu güzəştlərdən yararlanmaq üçün plastik kart ilə nağdsız ödəniş etmək vacib deyil -tibbi müəssisələrdə kartı göstərmək kifayət edir. Endirimlər bank VTB (Azərbaycan)-ın bütün Visakart sahiblərinə aiddir.

.