Əməkdar artist Baloğlan Əşrəfov böhrandan çıxış yolunu göstərib.

Big.az xəbər verir ki, ATV televiziyasında səhər verilişində müğənni bildirib ki, insanlar həyətlərində göy-göyərti, soğan əkmirlər, ona görə də əziyyət çəkirlər:

"Vaxtilə böyük sənətkarlarımız deyirdilər ki, qonşi ölkədə top atılanda onun mərmisi gəlib musiqiçiyə dəyir. Bizim musiqiçilər hər bir çətinliyə tab gətirirlər. Amma indiki vəziyyətdən qat-qat artıq çətinliklər olub. Hər hansı sənətin sahibləri vergini vaxtında verməlidir. Bütün həmkarlarıma da tövsiyə edərdim ki, dövlətin büdcəsinə vergilərini ödəsinlər. O cümlədən, insanlarımız da işləməlidirlər. Zəhmətə qatlaşmaq lazımdır. Heç kəsin həyətində parnik görmürəm ki, orada şüyüd, keşniş, soğan, gündəlik tələbata lazım olan şeylərin heç birini etmirlər. Gedin göy-göyərti, soğan əkin. Çox maraqlıdır, hamısı elə bilirlər ki, gedib mağazadan almalıdırlar".
.