Bakıda balıq tutmaq məqsədilə qayıqla dənizə çıxan şəxs batıb.
Yenizaman.az  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda rezin qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 1 nəfər qayığın çevrilməsi nəticəsində batıb. Hadisə ən yaxınlıqdakı xilasetmə postundan 700 m aralı, nəzarətsiz ərazidə baş verib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri həmin əraziyə cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir.
.