Balakən sakini həyat yoldaşına bıçaqla çoxsaylı xəsarətlər yetirib.
Hadisə ötən gün rayonun Hənifə kəndində baş verib.
Kənd sakini 35 yaşlı Rəvanə Məmmədova üzündən bıçaq xəsarətləri ilə Balakən Rayon Mərkzi Xəstəxanasına müraciət edib. Ona əri Natiq İbrahimov tərəfindən bıçaqla çoxsaylı xəsarətləri yetirildiyi məlum olub.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov APA-ya bildirib ki, qadına bıçaqla xəsarət yetirən Natiq İbrahimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir.
.