"Baku Steel Company” MMC-də polad əridilməsi dayandırılıb. Qara metal tullantısı çatışmadığı üçün soba söndürülüb. Şirkət bu barədə şərh vermir.Poladəritmə zavodundakı mənbə Turan-a bildirib ki, yalnız prokat sexi işləyir. Orda müxtəlif metal prokatı (armatur, katanka, şveller və s ) istehsal edilir. İşçilərin bir hissəsi məzuniyyətə buraxılıb.
"Baku Steel Company” (BSC) Poladəritmə zavodu "Bakelektroqaynaq” ASC-də icarəyə götürdüyü istehsal sahəsində fəaliyyət göstərir. BSC bu SC-də 98% kapital sahibidir.
2014-cü ildə nominal istehsal gücü ildə 770 mindən 1,1 mln tona artırılıb..
