Bakıda məişət tullantıları yığılmış ərazidə yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Yenizaman.az-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Baksol yolunda məişət tullantıları yığılmış ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək./apa/
.
