Ermənilər azərbaycanlıları İrəvana dəvət etdilər. Bu dəvəti onlar Bakıda keçirilən NATO PA-nın seminarında səsləndiriblər. "Seminarda biz çox mövzuları müzakirə etdik. Biz Azərbaycan nümayədə heyətini gələn il İrəvanda keçirilən NATO-nun tədbirinə dəvət edirik”.
Millət vəkili Siyavuş Novruzov isə erməni deputata cavab olaraq Dağlıq Qarabağda terrorçu qrupların hazırlandığını söyləyib: "Əfqanıstanda Taliban narkotik əkmək və satmaqla məşğul olur. Ermənistan rəhbərliyi də Azərbaycanın işğala altında olan torpaqlarında narkotik yetişdirir, satırlar və ciblərini doldururlar. Əfqanıstanda terror bazaları var. Dağlıq Qarabağda da terrorist qruplar hazırlanır. Müxtəlif yerlərdən gələn terrorçular Dağlıq Qarabağa yerləşdilir”.
S.Novruzov NATO-nun İrəvanda keçiriləcək seminarından da danışıb. O, qeyd edib ki, Ermənistanda terrorçu qruplar hazırlanır. "Elə bir ölkədə keçiriləcək seminarda azərbaycanlı nümayəndə heyəti iştirak edə bilməz. Çünki Ermənistandaki vəziyyət hər gün daha da pişləşir” (ans press)
.
