
"Azərbaycana hazırda yalnız Almaniya, Türkiyə və Rusiyadan kolbasa məmulatları gətirilir. Belarusdan kolbasa da daxil olmaqla ət və ət məmulatlarının alınmasına icazə verilmir”.
Bunu virtualaz.org saytına açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli bildirib.
Y.Xanvəli dedi ki, Belarusda istehsal edilən kolbasa məmulatlarında "Afrika taunu” aşkarlandığından bu ölkədən tərkibinə donuz əti qarışdırılmış məhsulların gətirilməsinə qadağan qoyulub: "Hətta bir iş adamı Belarusdan kolbasa gətirmək üçün idarəmizə rəsmi müraciət etmişdi. Dövlət Baytarqlıq Nəzarəti Xidməti Beynəlxalq Epizootik Büronun hesabatına uyğun olaraq təklifi qəbul etmədi. Artıq 4-5 aydır Belarusdan kolbasa gətirilmir. Azərbaycana Rusiyadan yalnız Moskvaətrafı bölgələrdən kolbasa gətirilir”.
Qeyd edək ki, Rusiya da Belarusdan kolbasa gətirilməsinə qadağa qoyub.
Qeyd edək ki, "Afrika taunu” temperaturun yüksəlməsi, müxtəlif orqanların hemorroroji iltihabı, distrofiki və nekrotiki dəyişikliklər və toksikozla müşayiət edilir.
.