Bakıda kafedə dava-dalaş salan şəxslər tutulub. Lent.az-ın məlumatına görə, mayın 11-də Səbail rayonu ərazisində yerləşən kafelərdən birində şəxsiyyəti məlum olmayan 3 nəfər Yardımlı rayon sakini Muxtar Sətiyevi döyüb 740 manat pulunu alıb. Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri İsmayıl Meybullayev, Rahim Rəhimov və Asiman Məmmədov tutulub.
 Araşdırma aparılır.

.