Bakıda yanğın hadisəsi baş verib. Səbail rayonunda vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan 3 otaqlı mənzilin arakəsmə divarı 6 kv.m sahədə, tavan və dam örtüyü 14 kv.m sahədə yanıb. Yanğın zamanı 3 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub.
Yaşayış binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. (lent.az)
.