
Bu yol nəqliyyat hadisəsi Bakının Nərimanov rayonu ərazisində - Təbriz küçəsində qeydə alınıb. Nərimanov metrostansiyasına doğru hərəkətdə olan iki avtomobilin anidən toqquşması ağır nəticəyə səbəb olub.
Yenizaman.az xəbər verir ki, Avtosfer.az-ın məlumatına görə, qəzanın başvermə anı Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər" Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameriaları vasitəsilə qeydə alınıb.
Qeyd edək ki, "Mercedes Benz Gelandewagen" markalı avtomobilin orta qiyməti 100 - 300 000 azn təşkil edir.