Rusiya sülhməramlı qüvvələrinin Ağdam-Xankəndi yolu üzərində yerləşən postu yaxınlığında çadırlar qurulub.
Çadırlar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) əməkdaşları və ərazidə olan digər şəxslərin gecələməsi üçün nəzərdə tutulur.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev bildirib ki, humanitar yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə müzakirələr davam etdirilir: “Hazırda müzakirələr gedir. Biz bildirdilər ki, məsələ bu axşam həll olunmayacaq, bizdən vaxt istədilər. Biz isə humanitar məqsəd və missiyamızı bir daha Rusiya sülhməramlılarının komandanlığına çatdırdıq. Vəziyyətdə hər hansı dəyişiklik olsa, bizə məlumat veriləcəyini söylədilər”.
***
Bakıdan Xankəndiyə göndərilən humanitar yük avtomobilləri Rusiya sülhməramlı qüvvələrinin Ağdam-Xankəndi yolu üzərində yerləşən postuna çatıb.
40 ton un yüklənmiş iki avtomobilin Xankəndinə çatdırılması üçün Rusiya sülhməramlıları ilə danışıqlar aparılır.
***
Bakıdan Xankəndiyə yola salının humanitar yük avtomobilləri Ağdama çatıb.
Avtomobilləri müşayiət edən əməkdaşı xəbər verir ki, 40 ton un yüklənmiş iki avtomobil Ağdam-Xankəndi yolunun başlanğıcındadır.
Avtomobillərin Ağdam-Xankəndi yolu ilə hərəkət etməsi planlaşdırılır.
Yük Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən göndərilib. Novruz Aslan bildirib ki, Cəmiyyətin rəhbər işçiləri və könüllüləri humanitar yükün Xankəndiyə çatdırılması üçün səfərbər olub.
Onun sözlərinə görə, ilkin mərhələdə 40 ton un məmulatlarının göndərilməsi nəzərdə tutulub, ehtiyac olduğu təqdirdə Qarabağda yaşayan erməni əhali üçün əlavə yardımlar göndərilə bilər.
***
Bakıdan Xankəndiyə yola salının humanitar yük avtomobilləri Ağdama doğru irəliləyir.
Avtomobilləri müşayiət edən əməkdaşı xəbər verir ki, unla yüklü iki avtomobil hazırda Hacıqabul rayonu ərazisindədir.
Qeyd edək ki, 40 ton un yüklənmiş humanitar yardım avtomobillərinin Ağdam-Xankəndi yolu ilə hərəkət etməsi planlaşdırılır.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, millət vəkili Novruz Aslan bildirib ki, Cəmiyyətin rəhbər işçiləri və könüllüləri humanitar yükün Xankəndiyə çatdırılması üçün səfərbər olub. “İlkin mərhələdə 40 ton un məmulatlarının göndərilməsi nəzərdə tutulub. Təbii ki, bundan başqa da ləvazimatlar, əməkdaşlarımızın fəaliyyəti üçün çadırlar, texniki vasitələr nəzərdə tutulub. Orada gedən proseslərə diqqətlə yanaşacağıq. Bu, bir nümayişdir. İnanıram ki, bu addım həm ictimaiyyət, həm beynəlxalq aləmdən, həm də Xankəndidə məskunlaşmış erməni əhali tərəfindən də müsbət qarşılanacaq”, - deyə Novruz Aslan vurğulayıb.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin qeyri-siyasi, qeyri-hökumət təşkilatı olduğunu diqqətə çatdıran Novruz Aslan ehtiyac olduğu təqdirdə Qarabağda yaşayan erməni əhali üçün daha sonra da yardımlar göndərə biləcəklərini bildirib.
.