Azərbaycanda dini icma Dövlət Komitəsini məhkəməyə verib.
Yenizaman.az bildirir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, "Fatimeyi-Zəhra” dini icması Komitənin müraciəti əsasında dini icmanın dövlət qeydiyyatının məhkəmə yolu ilə ləğv olunması ilə bağlı 2 saylı Bakı İqtisadi-İnzibati Məhkəməsinin qərarından Bakı Apelyasiya Məhkəməsinə şikayət edib.
Xatırladaq ki, iki ay əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2 saylı Bakı İqtisadi-İnzibati Məhkəməsinə müraciət edərək, "Fatimeyi-Zəhra” dini icmasının dövlət qeydiyyatının ləğv edilməsi barədə iddia qaldırıb.
Məhkəmə Dövlət Komitəsinin iddiasını təmin edərək, icmanın dövlət qeydiyyatını ləğv edib. Qərardan narazı qalan dini icma apelyasiya şikayəti verib.
.