Bakıdakı "McDonalds” restoranlarından birində ölüm hadisəsi baş verib.

"Report”un xəbərinə görə, hadisə məşhur şəbəkənin Nərimanov rayonu F.T.Xoyski küçəsində yerləşən restoranında qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Məmmədov "McDonalds”ın sanitar qovşağında narkotik maddə qəbul etməsi nəticəsində ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Yenizaman.az
.