Dünən axşam Bakının Nizami rayonunda yerləşən maşın bazarında yanğın olub.
Virtualaz.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, vətəndaşlara məxsus, hər biri 35 kv.m olan 2 avtomobil ehtiyatı mağazasının yanar konstruksiyaları və içərisində olan mallar yanıb.
Bitişik digər mağaza yanğından mühafizə olunub. Yanğın saat 22:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
.
