Bakıda "Sovetski"dən sonra hansı ərazilərin söküntüsü başlayacaq?
Yenizaman.az-ın məlumatına görə, Nəsimi Rayon İcra Hakimiyyətinin Sənədlər və vətəndaşların müraciəti üzrə iş şöbəsinin müdir Nazim Quliyevlə ANS PRESS-ə bildirib ki, "Xutor”, "Qaraşəhər", "Sovetski”, "Kubinka”, "Papanin" və başqa yerlərin sökülməsi artıq neçə illərdir ki, müzakirə olunur. Bunun üçün artıq işlər görülür: "Sakinlərin şəhərdən kənara köçmələrinə belə reaksiya vermələri təbii ki, normaldır. O ki qaldı onların Binəyə və ya başqa yerlərə köçürülməsi, yanlışdır. Sakinlər özləri haradan istəsələr, oradan da mənzil almaqda sərbəstdirlər".
Amma o deyib ki, "Xutor” və "Kubinka”nın ümumi söküntüsü ilə bağlı dəqiq məlumat yoxdur: "Sökülmə nəzərdə tutulub, vaxtını isə dəqiq deyə bilmərəm".
Nazim Quliyevin sözlərinə görə, ümumiyyətlə paytaxtın bütün ərazisində memarlıq baxımından əhəmiyyət kəsb etməyən, birmərtəbəli, kommunikasiya xətti olmayan tikililərin hamısının sökülməsi və yerində parkların salınması nəzərdə tutulub.
.
