Bu gün günün ikinci yarısında prokurorluq işçiləri Amerikanın İREX təşkilatının ofisinə gəliblər. Onlar məhkəmə qərarı göstərərək avadanlıqları - bütün elektron daşıyıcıları, habelə bu QHT-nin sənədlərini müsadirə etməyə başlayıblar.
Məlumatlı mənbələrdən "Turan"a daxil olan məlumata görə, prokurorluq işçiləri bu gün saat 11:00-da ofisə gəliblər, saat 17:00-da sənədlərin müsadirəsi davam edirdi.
İREX-dən şərh almaq mümkün olmayıb, təşkilatın telefonları cavab vermir.
Baş Prokurorluğun mətbuat xidmətindən də şərh almaq mümkün olmayıb.
.