Bakıda Nizami rayon sakinləri dəhşətli hadisənin şahidi olublar.
AzNews.az-ın məlumatına görə, bu gün saat 07:30 radələrində Nizami rayonu Bəhruz Nuriyev küçəsində zibillikdə selofana bükülmüş vəziyyətdə kişi meyti aşkarlanıb.
Hadisə yerinə rayon polis idarəsinin əməkdaşları çağırılıb. Kişinin hələlik şəxsiyyəti müəyyənləşdrilməsə də, onun 70-75 yaşlarında ehtimal olunur.
Ehtimallardan biri də kişinin öldürülərək selofana büküldüyü və zibilliyə atıldığı bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
.