Ölən və yaralananlar var

Bakıda 1 avtobusun və 2 avtomobilin iştirakı ilə qəza baş verib. 

Ötən gün saat metronun "Koroğlu” stansiyasının yaxınlığında olan körpünün üstündə 20 saylı xəttdə fəaliyyət göstərən "Daevoo” markalı avtobus "Opel”lə, bu nəqliyyat vasitəsi isə "Mercedes-Benz”lə toqquşub. Nəticədə sonuncu nəqliyyat vasitəsi körpüdən aşıb. 

Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb. 


.