Azərbaycanda şüşə məmulatları istehsalçısı olan "İnterglass” zavodundan bədbəxt hadisə baş verib. 

Lent.az-ın məlumatına görə, Bakı-Ələt yolunda yerləşən zavodun işçisi, 58 yaşlı Vahib Yarov hündürlükdən yıxılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.

.