Bakıda 14 gün qabaq itkin düşən 15 yaşlı oğlan yenidən itkin düşüb.
Binəqədi rayon sakini, 2009-cu il təvəllüdlü Nihat Rəhmətulin yanvarın 27-də yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, 15 yaşlı oğlanın itkin düşməsi ilə bağlı yanvarın 13-də məlumat yayılıb. Polis əməkdaşları tərəfindən onun Gəncə şəhərində atasının yanına getdiyi məlum olmuşdu.
.