Bakıda yaşayış evində partlayış olub.

 

APA-nın məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb. Partlayış nəticəsində evdə kirayədə yaşayan, 1983-cü il təvəllüdlü İradə Cəfər qızı Quliyeva xəsarət alıb. O, Respublika Yanıq Mərkəzinə yerləşdirilib. 

 

Faktla bağlı araşdırma aparılır. 

.