Bakıda yaşayış evində baş verən yanğın söndürülüb.
Hadisə nəticəsində iki mərtəbəli yaşayış evinin ikinci mərtəbəsi 50 kvadratmetr sahədə yanıb. Hadisə yerinə gələn yanğınsöndürənlər qıza zaman kəsiyində yanğının qarşısını ala biliblər.
Yanğın zamanı ev sahibi Xanəhməd Xanəhmədov xəsarət alıb.
İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olub.
***
Bakıda yaşayış evində yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, hadisə paytaxtın Topçubaşov küçəsi - 105 ünvanında yerləşən yaşayış evində qeydə alınıb. İki mərtəbəli fərdi yaşayış evində baş verən yanğının söndürülməsinə 3 yanğınsöndürən maşın cəlb edilib.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
.
