Bakıda yaşayış evində partlayış baş verib. Bizimyol.info FHN-ə istinadən xəbər verir ki, Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində sahibi məlum olmayan ümumi sahəsi 50 kv.m olan iki otaqlı mənzildə yanğınla nəticələnən partalyış baş vermişdir. Nəticədə 1 otağın yanar konstruksiyaları və ev əşyaları 16 kv.m, eyvanın yanar konstruksiyaları 4 kv.m sahədə (ümumi 20 kv.m) yanmış, partlayışın təsirindən mənzilin pəncərə şüşələri dağılmışdır. Yanğın zamanı mənzildə yaşayan 5 nəfər müxtəlif yanıq xəsarətləri ilə təcili tibbi yardım tərəfindən Mərkəzi Yanıq xəstəxanasına aparılmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 01:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
.