Bakıda Tələt Şıxəliyev küçəsindəki 16 mərtəbəli yaşayış binasında başlayan yanğın artıq söndürülüb.
Virtualaz.org saytının müxbiri hadisə yerindən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının baş verdiyi mənzilə qalxıblar.
Yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb. Xəsarət alanların olub-olmaması haqda isə heç bir məlumat verilmir.
***
Bakının Tələt Şıxəliyev küçəsi, 14 ünvanındakı çoxmərtəbəli yaşayış binasında dəhşətli yanğın başlayıb.
Virtualaz.org saytının müxbiri hadisə yerindən xəbər verir ki, yanğın qatı tüstü ilə müşayiət olunur. Yanan yaşayış binası "Şuşa" restoranının qarşısındadır. Yanğın binanın 12-ci mərtəbəsində başlayıb.
Hadisə yerinə FHN-in yanğınsöndürmə briqadaları, təcili yardım briqadaları və polis cəlb olunub.
.
