Bu gün səhər saatlarında Bakının Səbail rayonu ərazisində küçənin ortasında yanğın baş verib. BMW-X6 markalı avtomobil yanıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə hadisə Teymur Elçin küçəsində qeydə alınıb.
Məlumat daxil olan kimi hadisə yerinə 3 yanğınsöndürən maşın, canlı qüvvə və xilasedicilər cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində alovun qarşısı alınıb. Baş verə biləcək partlayış təhlükəsi sovuşub. Hadisə nəticəsində xəsarət alan olmasa da, maşın külə dönüb.
İlkin ehtimala görə, yanğına maşının mühərriyindəki qısaqapanma səbəb olub. Hadisənin dəqiq səbəbi araşdırmalardan sonra məlum olacaq.
Faktla bağlı araşdırma aparılır.
.