Bakıda toyda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətin rəhbəri Liya Bayramova virtualaz.org saytına bildirirb ki, 8 avqust tarixində Binəqədi rayonunda yerləşən "Zəngəzur” şadlıq evində keçirilən toy mərasimində baş vermiş zəhərlənmə hadisəsində 77 nəfər zəhərlənən, o cümlədən 15 uşaq tibbi yardım almaq tibb müəssisələrinə müraciət edib.
Müraciət edənlərlər əsasən Kliniki Tibbi Mərkəzə və 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasına yerləşdiriliblər, onlara müvafiq tibbi yardım göstərilb. Hazırda 41 nəfərin müalicəsi davam edir, onların vəziyyəti kafidir. Xəstələrin hamısına bütün zəruri tibbi yardım göstərilir, profilaktik tədbirlər görülür.
Xəstələrdən laborator müayinə üçün qusuntu və yuyuntu materialları götürülmüşdür. Araşdırma zamanı müəyyən edilmişdir ki, qida zəhərlənməsinə şübhəli məhsul kimi "paytaxt salatı” ehtimal olunur.
Hadisənin araşdırılması davam edir.

.