Qəsəbə sakini Qalib Bağırov yaşadığı evdə qətlə yetirilib.
 
Bakıda daha bir qətl törədilib.
 
APA-nın məlumatına görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Qalib Bağırov yaşadığı evdə qətlə yetirilib.
 
Hüquq-mühafizə orqanlarından bildirilib ki, qətlə yetirilən Taxıl Kombinatının direktorudur.
 
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çıxıb.
 
Hazırda hadisə yerində araşdırmalar davam etdirilir.
.