Paytaxtda taksi sürücüsünə qarşı quldurluq edilib.
APA-nın məlumatına görə, 53 yaşlı İntiqam Ağayev metronun "20 Yanvar" stansiyası ərazisində "Hyundai" markalı avtomobili ilə taksi fəaliyyəti göstərən zaman iki nəfərin hücumuna məruz qalıb. İntiqam Ağayevin maşınına müştəri qismində əyləşən iki nəfər onları Abşeron rayonunda "At yalı" deyilən yerə aparmasını xahiş edib. Deyilən əraziyə çatanda müştərilər taksi sürücüsünə qarşı zor tətbiq ediblər. Əl nahiyəsindən bıçaq xəsarəti alan İntiqam Ağayev daha sonra əl-qolu bağlanaraq maşının yük yerinə qoyulub. .