Bakının Tbilisi prospektində sürücülər arasında mübahisə yaranıb.
Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
“Toyota Prius” markalı 77-GS-319 dövlət nömrə nişanlı avtomobilin sürücüsü digər avtomobilin sürücüsünə qarşı qeyri-etik ifadələr səsləndirərək, nəqliyyat vasitəsinin şüşəsinə yumruq vurub.
Hadisənin baş vermə səbəbi isə bilinmir.
Məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən hadisədən məlumatlıdırlar:
“Məsələ ilə bağlı araşdırma aparılır”.
.