
23 yaşlı gənc 30 yaşlı qadını şantaj edib külli miqdarda pul alıb.
"Qafqazinfo” Bakı Şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Tərtər rayon sakini, 1991-ci il təvəllüdlü Əliş Əlişov noyabrın 12-də Qala qəsəbə sakini, 1984-cü il təvəllüdlü Vüsalə Şahbazovanı təhdid edib.
V.Şahbazovanı sosial şəbəkələrdə şantaj edəcəyini iddia etməklə 3 ədəd mobil telefon, 5000 manat və qızıl-zinət əşyalarını hədə-qorxu ilə tələb edib. Ə.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
.