Bakıda sərnişin avtobusu yanıb.

Bu barədə  Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

O bildirib ki, bu gün saat 07:45 radələrində 596 nömrəli marşrut xətti üzrə Xocəsən dairəsindən "Meyvəli" bazarı istiqamətinə hərəkətdə olan "İveco Otoyol" markalı 90-LR- 327 nömrə nişanlı avtobus ilkin məlumata görə, mühərrikində baş vermiş qısa qapanma səbəbindən alov alaraq yanıb. Nəticədə ölən və xəsarət alan olmasa da, avtobus yararsız hala düşüb.

Hadisə yerinə dərhal yaxınlaşan YPX əməkdaşları sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin ediblər. Yanğın qısa müddət ərzində söndürülüb.

Qeyd olunan yolda hərəkət tam bərpa edilib.

.